Dünya tarixində ilk: robota vətəndaşlıq verildi (Video)

Səudiyyə Ərəbistanı Hollivud ulduzu və dəb ikonası Audrey Hepburna bənzəyən Sofiya adlı robota vətəndaşlıq verib.

Riyadda keçirilən təqdimat mərasimində Sofiyaya Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib. Robotu təqdim edən aparıcı bu sözləri deyib:

“Hal-hazırda tarixi bir məqama şahidlik edirik. Dünyada ilk dəfə bir robota vətəndaşlıq verilir.”

Daha əvvəl də insanabənzər robotlar hazırlayan alim David Hansonun “Sofiya” adlı robotu müxtəlif mimikalara və jestlərə malikdir. İnsanlarla birgə yaşamaq istədiyini söyləyən

“Sofiya” bu məqsədlə insanların duyğularını anlamağa çalışdığını söyləyib.

Загрузка...

Buna da bax...

Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib. Kuryoz.com xəbər verir ki, öz …