Sərhəd məntəqəsində avtomobilə baxış zamanı, görün, yük yerindən nə çıxdı (Video)

Belarus-Ukrayna sərhəd-keçid məntəqəsində maraqlı qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. İki Rusiya vətəndaşı (kişi və qadın) avtomobilin yük yerində 60 yaşlı ukraynalı qadını sərhəddən keçirmək istəyərkən yaxalanıblar.

Hadisə noyabrın 9-da Belarusun “Vesyolovka” sərhəd-keçid məntəqəsində qeydə alınıb. Sonradan məlum olub ki, yük yerində paltar topasının altında gizlənmiş qadın avtomobilin salonunda gedən qadının anasıdır. 2015-ci ilin martında onun pasportunun müddəti bitib, təzəsini almağa isə tənbəllik edib.

Загрузка...

Buna da bax...

Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib. Kuryoz.com xəbər verir ki, öz …