gurcustanda-yanginda-11-nefer-helak-oldu

Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü (Video)

Batumi şəhərində yerləşən “Leo Qrand” otelində yanğın baş verib.

“Ölkə.Az” xəbər verir ki, insident nəticəsində 11 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Məlumatı Gürcüstanın daxili işlər nazirliyi yayıb.

Nazirliyin məlumatına görə oteldə “Miss Gürcüstan” gözəllik müsabiqəsi keçirilirmiş. Həlak olanlardan 10 nəfəri gürcü vətəndaşı, bir nəfər isə İran vətəndaşıdır. Xəsarət alanlar arasında İsrail və Türkiyə vətəndaşları da var.

Yanğın otelin dördüncü mərtəbəsində, axşam saatlarında başlayıb. Ehtimal edilir ki, yanğın spa-mərkəzində başlayıb. Bu vaxt “Miss Gürcüstan” müsabiqəsinin iştirakçıları spa-salonda olublar. Gözəllər təxliyə edilib, onlardan xəsarət alan yoxdur.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …