bank-kredit

Bankdan maraqlı addım – Hazırkı zamin yox, əvvəlki zaminə pul ödətdirilir (Video)

Son 2 ayda vətəndaşın pensiya kartından bank tərəfindən pul tutulmağa başlanılıb. Məlum olub ki, kredit götürənə zamin duran şəxsin zaminliyi 4 il əvvəl qurtarsa da, həmin adamın növbəti dəfə götürdüyü kreditdə yaranan borc məhs həmin vətəndaşa yönləndirlib.

2 dəfə kredit götürüb borcunu tam ödəyən şəxs, 3-cü dəfə götürdüyü krediti ödəyə bilməyib. Bu dəfə onun borcu 1 -ci dəfə zamin olan şəxsdən tutulur.

Hadisə İmişlinin Qaralar kənd sakini Savet Qurbanovun başına gəlib. O, 2011-ci ildə öz yaxını Rəhim İsmayılova zamin durub, kredit götürməsinə kömək edib. 2013-cü ildə kredit ödəndikdən sonra Rəhim yenidən başqa şəxslərin zaminliyi ilə kredit götürüb və onu da ödəyib. Həmin şəxs 3-cü dəfə kredit aldıqdan sonra borcu ödəyə bilməyib. Bank isə onun borcunu hazırda zamin durdugu adamlardan yox, ilk kredit aldıgı zaman zamın duran şəxsdən tutur.

Savet Qurbanov deyir ki, hazırda zamin duran şəxlərin nə maaş, nə də pensiya kartları var. O, pensiya aldıgına görə borcu da ona yönləndiriblər. Həm də Savet Qurbanova heç bir xəbərdarlıq olunmadan.

İndi vətəndaş çarəsiz qalıb. O, məhkəməyə yenidən müraciət edəcək.

Загрузка...

Buna da bax...

Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib. Kuryoz.com xəbər verir ki, öz …