Bakıda bərbərdən qeyri-adi addım (Video)

Növbəti xəbərimi bir saç ustasıyla bağlıdır. Onu bir çoxlarından fərqləndirən bacarığı isə gözləri bağlı şəkildə müştərinin saçını kəsməsidir. Usta , bu işə cəmi 10 dəqiqə vaxt sərf edir.

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. 20 ildir bərbərlik edən Bəhruz Mahmudov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, həmkarlarından fərqli olaraq gözlərini bağlayıb saç kəsmək qərarına gəlib. Bunun üçün o, bir neçə müştərisinin saçının üzərində aylarla məşq edib. Sonda isə arzuladğı işi yerinə yetirə bilib.

Biz də onun bu qabiliyyətini sınağa çəkdik və gözlərini bir parça ilə bağladıq. Gözübağlı usta işə başladı.

Bəhruzun sözlərinə görə, gözləri bağlı olsa da, saçı hiss edərək kəsir.

Müştəriləri onun bu bacarığını maraqla qarşılasalar da, bir çoxları gözübağlı bərbərə saç kəsdirməyə risk etmirlər.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …