nadim-alixanov-ekstrasens

2018-ci ildə Azərbaycanı nə gözləyir? – Ekstrasens

Ekstrasens Nadim Alixanov öngörüləri ilə bağlı onu ittiham edənlərə cavab verib.

Axar.az-a açıqlamasında ekstrasens bildirib ki, onun proqnozlarının özünü doğrultmaması ilə bağlı tələsik qərar çıxarmaq olmaz. N.Alixanov bildirib ki, ötən il verdiyi proqnoz 2017 və 2018-ci illərdə baş verəcək hadisələri əhatə edib:

“Verdiyim bütün proqnozlar özünü doğruldub. Yaxın zamanlarda bunun bir daha şahidi olacaqsınız. Bildirmişdim ki, İlqar Məmmədov və Əli İnsanov azadlığa çıxacaq. Onların azadlığıa çıxacağı ilə bağlı verdiyim proqnozumun düz olduğunun şahidi olacaqsınız”.

Ekstrasensin sözlərinə görə, Qarabağda yenidən döyüşlər başlayacaq:

“Qarabağ məsələsinə gəldikdə isə, yenə də təkrar edirəm ki, savaş olacaq. Aprel ayına qədər olacaq o savaş. Proqnoz verərkən 2017 deyil, 2018-ci il aprelinə qədəri bildirmişdim. Amma dediyim kimi, Qarabağ savaşsız və müharibəsiz azad olunacaq, heç bir qan tökmədən Qarabağı geri ala biləcəyik”.

Xatırladaq ki, məşhur astroloq Səbuhi Rəhimli ekstrasens N.Alixanovun özünü doğrultmayan proqnozlarına görə hesabat verməli olduğunu bildirmişdi.
N.Alıxanov ötən il 2017-ci il üçün verdiyi proqnozda bildirmişdi ki, Dağlıq Qarabağda aprel ayına kimi yenə də müharibə olacaq. Verdiyi proqnozlara görə, Qarabağdakı müharibə ötən dəfəkindən (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) daha qızğın, kəskin şəkil almalı idi. 2017-2018-ci illər Azərbaycanda sıxıntılı illər olacaq. Dolların məzənnəsi ilin ortalarına qədər (2017-ci il – red.) 2.50 manata qalxmalı idi. Böhran olacaqdı. Çox sayda mitinqlər gözlənilirdi. Hakimiyyət çalxalanacaqdı. Hökumətdə bir çox dəyişikliklər gözlənilirdi. Bir çox dövlət məmuru işdən çıxarılacaq, həbs olunacaqdı. Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaqdı.

Bu proqnozların heç birinin özünü doğrultmaması isə ona qarşı tənqidlərə səbəb olub.

Ekstrasens isə bu tənqidlər fonunda manatın ucuzlaşması, hakimiyyət silkələnməsi, böhran və s. kimi öngörülərinin heç adını çəkməyib, əvəzində, yuxarıda da qeyd olunduğu kimi, bir neçə proqnozunun “ömrünü” uzadıb.

Загрузка...

Buna da bax...

future-world

Gələcəkdən gəldiyini iddia edən adam — “Sizə xəbər gətirmişəm”

“Ölkə.Az” xəbər verir ki, internet səhifəsinə video çarx yükləyən şəxs 2021-ci ildən gəldiyini iddia edib …