bitcoin-bitkoin

“Bitcoin” inanılmaz dərəcədə bahalaşdı

“Bitcoin” kriptovalyutasının məzənnəsi bazar günü tarixi maksimumu yeniləyərək 9,495 min dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bugünkü ticarət sessiyasında “bitcoin”in məzənnəsi 10 min dollara yaxınlaşıb. Belə ki, Bakı vaxtı ilə 09:24-də “Bitfinex” birjasında “bitcoin” 3,05% bahalaşaraq 9,6 min dollar ətrafında ticarət olunur.

“OKCoin” birjasında “bitcoin” 3,61% bahalaşıb və 9,7 min dollara çatıb.

“Bloomberg” agentliyinin sorğusunda iştirak edən ekspertlər hesab edir ki, “bitcoin”in bahalaşmasının səbəbi müxtəlif institutlar tərəfindən bu kriptovalyutaya göstərilən diqqətidir. Bu institutlar arasında Uoll stritdəki (Wall street) maliyyə şirkətlərindən tutmuş vençur şirkətlərinədək var.

Загрузка...

Buna da bax...

cef-bezos-amazon

“Qara cümə” onun sərvətini 100 milyarda çatdırdı

“Qara cümə” günündə “Amazon” onlayn satış saytının rəhbəri Cef Bezosun sərvəti 100 milyard dollara çatıb. …