teyyare

60 qətldə ittiham olunan avtoriteti uçmaq fobiyası xilas etdi

Avstriya əslən Cənubi Osetiyadan olan və Rusiyada 60 qətlin təşkilində ittiham olunan kriminal avtoritet Aslan Qaqiyevi ekstradisiya etməkdən imtina edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə ekstradisiya ilə bağlı müsbət qərar qəbul etsə də, son anda vəkillərin müdafiə etdiyi şəxsdə ən ağır formalı aerofobiya aşkarlanması ilə bağlı təqdim etdiyi arayış avtoriteti xilas edib.

Arayışda bildirilir ki, Avstriya həbsxanasında saxlanılan zaman avtoritetdə aerofobiyanın nadir forması yaranıb və o, Rusiyaya uçuşa tab gətirə bilməz.

“Kommersant”ın mənbəsi isə bildirir ki, məsələ aerofobiyada deyil, məsələ ondadır ki, Qaqiyev Rusiyada onu ömürlük həbs gözlədiyini bilir.

Hazırda Qaqiyevin vəkilləri çıxardığı ekstradisiya qərarının ləğvi ilə bağlı Vyana ali məhkəməsinə müraciət ediblər. Əgər müraciətlərinə yenə də müsbət cavab verilməsə Avropa məhkəməsinə üz tutmağı planlaşdırıblar.

“Bir nömrəli killer” olaraq bilinən Qaqiyev 2015-ci ilin yanvarında Vyanada ələ keçib, lakin 100 min avro girov qarşılığında azadlığa buraxılıb.

Загрузка...

Buna da bax...

Tarixin ən dəhşətli və bahalı insan səhvləri

Tarixin ən dəhşətli və bahalı 10 insan səhvi

Tarixin ən dəhşətli və bahalı 10 insan səhvi: Hamı səhv edir. Lakin bəzən bu səhvlər …