Azərbaycanda Dövlət Komitəsinin tədbirində erməni musiqisinə rəqs etdilər (Video)

Azərbaycanda Dövlət Komitəsinin tədbirində erməni musiqisinə rəqs etdilər (Video)

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi tədbirində erməni bəstəkar Ara Gevorgyanın “Artsax” kompozisiyası ifa olunub. Bəlkə də qəsdən etməyiblər, amma belə böyük bir dövlət qurumunun rəsmi tədbirində belə bir halın yaşanması bu qurumun nə dərəcədə məsuliyyətsiz olduğunu göstərən bir əlamətdir.

Komitəsnin sədri Kərəm Həsənov musiqi mütəxəssisi deyil və bu tədbirdə ifa olunan musiqinin bəstəkarını tanımaya bilər, amma görünən budur ki, komitə sədrinin başı pul saymağa elə qarışıb ki, belə tədbirlərin Azərbaycanın imicinə vurduğu zərbəni önləmək barədə heç düşünmür də…

Əvvəllər də bu kompozisiya bəzi tədbirlərdə ifa olunub və Fikrət Əmirovun əsəri kimi təqdim edilib. Ermənilər isə bunu əsas gətirərək bizi onlardan musiqi oğurlamaqda ittiham ediblər. Hətta mərhum dahi bəstəkarın oğlu Cəmil Əmirov da o bəstənin atasına aid olmadığını bildirib və onun adından yayılmasına etiraz edib. Bundan əlavə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də həmin musiqinin bizə məxsus olmadığını təsdiqləyib. Hər birimiz bilirik ki, Fikrət Əmirovun musiqi irsi ermənilərin bütün musiqi tarixindən daha ağır çəkiyə malikdir. Axı Fikrət Əmirov kimi bir dahinin belə uydurma təqdimatlara ehtiyacı yoxdur. Belə məsuliyyətsiz hərəkətlərin nəticəsidir ki, ermənilər bizi onlardan musiqi oğurlamaqda ittiham edirlər. Üstəlik, bu dəfə onlara bu bəhanəni Azərbaycanın yüksək vəzifə tutan rəsmi şəxsi – komitə sədri Kərəm Həsənov verib. Aşağıda həm komitənin tədbirindən videoreportajı, həm də Gevorgyanın kompozisiyasını təqdim edirik. (Kuryoz.com)

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi tədbirindən videoreportaj:

Ara Gevorgyan, “Artsax” kompozisiyası:

Загрузка...

Buna da bax...

Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib. Kuryoz.com xəbər verir ki, öz …