reyhan-camalova

Gənc azərbaycanlı ixtiraçının valideynləri danışdı (Video)

Hindistanın Heydərabad şəhərində Qlobal Sahibkarlıq Sammitində iştirak edən Bakı şəhərində fəaliyyət göstərən Gənclik İstək liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova “Reynerci” startapı ilə iştirakçıların diqqətini cəlb edə bilib.

reyhan-camalova

Xəzər TV-nin məlumatına görə, onun hazırladığı layihə hamının marağına səbəb olub. ABŞ prezidentinin baş müşaviri və qızı İvanka Tramp da diqqəti azərbaycanlı şagirdə yönəldib.

İvanka Tramp Reyhan Camalova haqqında danışaraq, onun təqdim etdiyi layihəni yüksək qiymətləndirib. Hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan İvanka Tramp çıxışına “sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə edib.

Quba rayon sakini, hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji istehsal edən “Reynerci” qurğusunu düzəldib. Təbii ki, onun bu uğuru ən çox valideynlərini sevindirib. Bu ideyanın formalaşmasında Reyhana atası Rauf Camalov da kömək edib.

Reyhan Camalova hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir. Layihə ilk mərhələlərdən uğurla keçib və bu günlərdə yarımfinal və final mərhələsində təmsil olunacaq.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …