Ömrünün son saatlarını yaşayan ağ ayı

Ömrünün son saatlarını yaşayan ağ ayı: Dünyanı şoka salan VİDEO

Ömrünün son saatlarını yaşayan ağ ayı Kanadanın Baffin Torpağı adasında aşkarlanıb. Ağ ayının halı bütün dünyanı silkələyib.

Sosial şəbəkələrdə sürətlə yayılan videoçarx qısa müddətlə milyonlarla baxış sayı toplayıb. Ayının durumundan şoka düşən sosial şəbəkə istifadəçiləri dövlət rəhbərlərindən təbiətə münasibətdə davranışın dəyişdirilməsini tələb ediblər.

Kuryoz.com xəbər verir ki, ömrünün son saatlarını yaşayan ağ ayını “Sea Legacy” təbiəti mühafizə təşkilatı aşkarlayıb. Videodan görünür ki, son dərəcə arıqlamış ayı güclə hərəkət edir, zibil çəlləyində qida axtarır, amma yeyə biləcəyi bir şey tapa bilməyən ayı yerdə eşələnməyə davam edir.

“Biz orada dayanıb ağlayırdıq”,- deyə fotoqraf Pol Niklen öz İnstagram səhifəsində yazıb. Videokadrları da məhz Niklen öz İnstagram hesabında yerləşdirib. O öz paylaşımına şərh yazaraq bildirib ki, ağ ayı çəkilişlərdən bir neçə saat sonra ölüb. Fotoqrafın sözlərinə görə, onların çəkiliş qrupu ayını xilas edə bilməyib.

“Bu, ürəkparçalayan bir mənzərədir. Hələ də bu mənzərəni başımdan çıxara bilmirəm. Amma mən əminəm ki, biz laqeydlik divarını dağıtmaq üçün həm sevincli, həm də kədərli anlarımızı paylaşmalıyıq”,- deyə Niklen yazır.

Ayının bu dərəcədə aclığa məruz qalmasının səbəbi qlobal istiləşmə ilə izah edilir. Son illər Arktikanın bu hissəsində qış qısa çəkir, dəniz buzları daha tez əriyir. Ona görə də ağ ayılar dəniz şirləri və morjları ovlaya bilmirlər, bu üzdən də kifayət qədər qidalana bilməyiblər. Qış yuxusunu rahat keçirmək üçün onlar lazımi qədər qidalanmalıdırlar.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …