Basketbolçular rəqib komandanı atəşə tutdular

Basketbolçular rəqib komandanı atəşə tutdular: Səbəbinə baxın! (Video)

Basketbolçular rəqib komandanı atəşə tutdularBasketbolçular rəqib komandanı atəşə tutdular: ABŞ-ın İllinoys ştatında gənc basketbolçular arasında qanlı silahlı insident yaşanıb. Atışma Şampeyn şəhərində yerləşən Şampeyn Sentral məktəbinin yaxınlığında baş verib.

Danville High Vikings adlı komanda Chicago Maroons komandasına qalib gələndən sonra məğlub tərəf öz zəifliyini həzm edə bilməyib. Basketbolda uduzan gənclər öz güclərini silahlı toqquşmada göstərməyi qərara alıblar. Məğlub basketbolçuların rəqib komandanın oyunçularını atəşə tutması nəticəsində məktəbin yaxınlığında olan 3 nəfər ağır xəsarət alıb. Xəsarət alanların hə üçü məktəbli qızlardır.

Hazırda polis atəş açanların şəxsiyyətini müəyyən edir. Hadisədən dərhal sonra ərazi mühasirəyə alınıb. İlkin versiyaya görə, münaqişə məktəbdən uzaqda – şəhərin şimal-qərb hissəsində başlayıb. Orada başlayan atışma nəticəsində 25 yaşlı kişi həyatını itirib. Daha sonra silahlı münaqişə Şampeyn Sentral məktəbinin ətrafında yenidən qızışıb və burada davam edən atışma nəticəsində ağır xəsarət alan 3 məktəbli qız xəstəxanaya yerləşdiriliblər.

Загрузка...

Buna da bax...

Tarixin ən dəhşətli və bahalı insan səhvləri

Tarixin ən dəhşətli və bahalı 10 insan səhvi

Tarixin ən dəhşətli və bahalı 10 insan səhvi: Hamı səhv edir. Lakin bəzən bu səhvlər …