Oğrunu "partlayan qutu" ilə qorxutdu və videoya çəkdi

Oğrunu “partlayan qutu” ilə qorxutdu və videoya çəkdi

Oğrunu "partlayan qutu" ilə qorxutdu və videoya çəkdiOğrunu “partlayan qutu” ilə qorxutdu və videoya çəkdi: Amerikanın Vaşinqton ştatının Takoma şəhərinin sakini Cayrim Barrou oğruları qorxutmaq üçün kreativ ideya ilə çıxış edib.

Ev sahibi öz evinin ətrafını nəzarətdə saxlamaq üçün çoxlu kameralar quraşdırıb, evinin kandarına isə bəzəkli və cəlbedici qutu qoyub. Barrou taxta qutu, boş patron və balıqçılıq ipindən poçt göndərişinə bənzəyən bir qutu hazırlayıb və qapının ağzına qoyub.

Oğru evin qapısını yoxlamazdan əvvəl qapının ağzında sahibsiz qalmış “sehrli qutu”nun içindəki “sərvət”i ələ keçirmək fikrinə düşüb. Oğru qutunun qapağını qaldırandan sonra baş verən partlayışdan qorxub qaçmağa başlayır.

İxtiranın sahibi isə artıq öz ideyasını pula çevirmək fikrinə düşüb. O, belə qutuların istehsalını və satışını təşkil etmək fikrindədir. (Kuryoz.com)

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …