Dünyanın ən soyuq qəsəbəsindən FOTOLAR

Əgər güclü şaxtadan qorxmursansa, o zaman Oymyakon qəsəbəsinə mütləq baş çək – bu qəsəbə dünyanın ən soyuq yeridir.

Yakutiyada yerləşən bu yaşayış məntəqəsi şaxtalı hava üzrə dünya rekordçusudur. Burada ən aşağı temperatur 1924-cü ildə qeydə alınıb – mənfi 71,2 dərəcə. Ekstremal vəziyyətləri sevən turistlər də bu qəsəbəyə tez-tez gəlirlər. Onlar bəzən həftələrlə burada qalırlar.

Şəhərcikdə cəmi 500 adam yaşayır. Əvvəllər bura maral yetişdirməklə məşğul olan fermerlərin dayanacağı olub. Onlar burada termal su mənbələrində öz sürülərini sulayırmışlar. Maraqlıdır ki, məhz onların sayəsində qəsəbənin adı “donmayan su” kimi tərcümə olunur. Kuryoz.com bu maraqlı qəsəbədən fotoları təqdim edir.

1. Qadın buz bağlamış körpü boyunca hərəkət edir

Dünyanın ən soyuq qəsəbəsindən FOTOLAR

2. Burada gündüzün uzunluğu qışda 3 saat, yayda isə 21 saat olur.

Dünyanın ən soyuq qəsəbəsindən FOTOLAR

3. Evlər kömür və odunla qızdırılır.

4. Buralarda qida məqsədilə əkinçilik mümkün deyil. Əhali əsasən, iribuynuzlu mal-qara, həmçinin maral və at əti ilə qidalanır. Şəkildə gördüyünüz isə qəsəbənin yeganə mağazasıdır.

5. Həkimlərin bildirdiyimə görə, əhali vitamin çatışmazlığından əziyyət çəkmir. Çünki ev heyvanlarının südündə bütün vacib mikroelementlər var.

6. Qnunvericiliyə görə, burada temperatur mənfi 52 dərəcəyə çatarsa, uşaqlar məktəbə getmirlər. Bu o deməkdir ki, mənfi 51 dərəcəyə qədər şaxtada uşaqlar məktəbə gedirlər.

7. Yerli fermer mal-qaranı sulamağa gətirib.

8. Küçələrdə bu formada ictimai tualetlər var.

Dünyanın ən soyuq qəsəbəsindən FOTOLAR

9. Sürücülər bəzən günlərlə avtomobili işə salmaqdan çəkinirlər – şaxta vurmuş mühərrik dağıla bilər.

Dünyanın ən soyuq qəsəbəsindən FOTOLAR

10. Oymyakon qəsəbəsinə aparan magistral yol – el arasında “Sümüklü yol” kimi tanınır.

11. Qəsəbəyə gedən yolun üstündə yanacaqdoldurma məntəqəsi.

12. Bəzən maşınlar qar və buzun tələsinə düşür.

Загрузка...

Buna da bax...

Bu fil düz 11 saat xortumu ilə torpağı qazıb. Səbəbi sizi heyrətləndirəcək (Video)

Bu fil düz 11 saat əziyyət çəkib, yer qazıb. Axırda məlum olub ki, quyuya düşmüş …