Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər

Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər (Fotolar 18+)

Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər: 14 yaşlı oğlanın üzündəki bu şiş adi bir sızanaqdan başlayıb. Uşaqda cinsi oyanma dövrü olduğuna görə valideynləri onun üzündəki sızanaqlara əhəmiyyət verməyiblər. Amma əvvəlcə adi bir çiban kimi qəbul etdikləri bu sızanaq elə bir ölçüyə qədər böyüyüb ki, hazırda Emmanuel Zayas adlı bu oğlanın həyatı nazik bir tükdən asılmış kimidir.

Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər

Kuryoz.com İngiltərənin “The Sun” qəzetinə istinadən xəbər verir ki, şiş xoşxassəli olsa da, böyük ölçüləri ucbatından uşağı boğa və ya boynunu qıra bilər. Hazırda şişin ağırlığı 4,5 kiloqramdır. Emmanuelin boynu bu ağırlıq altında davam gətirməyib qırıla bilər. Ya da şiş daha da böyüyüb uşağın nəfəs almasını əngəlləyə bilər və bununla da onun ölümünə gətirib çıxarar.

Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər

Uşağın valideynləri 2 il ərzində uyğun həkim axtarıblar. Ötən ay onlar nəhayət, Mayami şəhərinə gəlib çıxıblar və burada Cekson Memorial Xəstəxanasının cərrahları bu əməliyyatı keçirməyə razılaşıblar. Əməliyyat 8-10 saat davam edəcək. Bundan sonra əlavə olaraq çənələrin və dişlərin bərpası üçün uşaq ən azı iki dəfə də əməliyyata məruz qalacaq.

Son günlər uşaq normal qidalana bilmir, şişi qida yollarını sıxır və bu üzdən Emmanuel günbəgün gücdən düşür.

Cərrahlar uşağın üzündəki 4,5 kiloqramlıq şişi kəsib götürəcəklər

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …