Uşağın lükə düşüb boğularaq ölməsi müşahidə kamerasına düşüb

Uşağın lükə düşüb boğularaq ölməsi müşahidə kamerasına düşüb (Video)

Uşağın lükə düşüb boğularaq ölməsi müşahidə kamerasına düşüb: Azyaşlı qız uşağı valideynlərinin nəzarəti olmadan gəzərkən ayağının altında lükün qapağı sürüşüb və uşaq kanalizasiya çəninə düşüb. Uşaq çənin içində ilişib qalıb və xilasedicilər onu tapana qədər dünyasını dəyişib.

Kuryoz.com İngiltərənin “Mirror” qəzetinə istinadən xəbər verir ki, hadisə Çinin cənubunda yerləşən Haynan əyalətinin Sanya şəhərində baş verib.

Uşağın lükə düşüb boğularaq ölməsi müşahidə kamerasına düşüb

Valideynləri qızın itməsi barədə polisə müraciət edib, polis isə müşahidə kameralarının görüntülərinə əsasən uşağın yerini müəyyən edib. Xilasedicilər uşağı tapıb çıxarsalar da, artıq həmin vaxta qədər uşaq dünyasını dəyişib.
Polis artıq cinayət işi açıb. Lükün qapağının hansı səbəbdən sürüşdüyü və təhlükə barədə xəbərdarlıq nişanlarının niyə qoyulmadığı araşdırılır.

Загрузка...

Buna da bax...

İIlk baxışdan adi dəri gödəkçədir, amma siz ona yaxından baxın. Əsəbi zəif olanlar baxmasınlar! (Fotolar)

İlk baxışdan bunlar adi dəri geyim növləridir. Amma yaxından baxdığınız zaman ilk təəssüratınız şokdan ibarət …