Dünyanın ən bahalı arağı oğurlandı və görün, harada və necə tapıldı

Dünyanın ən bahalı arağı oğurlandı və görün, harada və necə tapıldı (Video)

Dünyanın ən bahalı arağı oğurlandı və görün, harada və necə tapıldı: Bu arağın qiyməti 1 milyon 300 min dollar təşkil edir. Bir müddət əvvəl bu araq Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən barların birindən oğurlanıb. Oğurluq hadisəsi kameraya yaxlansa da, polis oğrunun kimliyini müəyyən edə bilməyib.

Kuryoz.com xəbər verir ki, arağın şüşəsi qızıl və gümüşdən işlənib. Elə arağın baha olması da onun qabına çəkilmiş xərclə bağlıdır.
Dünən isə araq tapılıb və polisə təhvil verilib. Arağın tapıldığı yer və araq şüşəsinin son durumu isə heyrət doğurur. 1,3 milyon dollarlıq arağın şüşəsi tikinti sahələrindən birində aşkarlanıb. Maraqlısı odur ki, araq şüşəsi tapılarkən boş imiş. Belə çıxır ki, kimsə risk edərək onu, sadəcə, içmək üçün oğurlayıb. Dəyəri 1.3 milyon dollar olan araq qabını isə zibilliyə atıb. Kopenhagen barının sahibi isə bildirib ki, arağın boş şüşəsinin də qiyməti elə 1.3 milyon dollardır. Oğru isə böyük ehtimalla bu araq şüşəsinin qiymətindən xəbərsiz olub, arağı içib və şüşəsini atıb.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …