Sevgilisini öldürdü, cəmi 6 ay həbs cəzası aldı

Canlı yayımda sevgilisini öldürdü, cəmi 6 ay həbs cəzası aldı… Səbəbinə baxın (Video)

Sevgilisini YouTube kanalı üçün çəkdikləri videoda canlı yayımda səhvən vuraraq öldürən Amerikalı qadına 6 ay həbs cəzası verilib.

Minnesotanın Halstad şəhərində yaşayan sevgililər, gündəlik həyatlarını və etdikləri zarafatları məşhur olmaq üçün videoya çəkib Youtube kanalına yükləyirdilər. Bir övladları olan sevgililər bu dəfə daha təhlükəli bir video yayımlayacaqları barədə anons vermişdilər.

20 yaşında olan Monalisa Perez 22 yaşlı sevgilisi Pedro Ruizə cəmi 30 sm məsafədən atəş açıb. Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağı fikrini irəli sürüb. Lakin güllə ensiklopediyadan keçərək Ruizə dəyib və onu öldürüb.

Perezin atəş açmasını 3 yaşlı qızları və 30 nəfər izləyib. Hadisənin ardından Perez təcili tibbi yardıma zəng edərək sevgilisini səhvən vurduğunu söyləyib.

Perez ikinci dərəcəli cinayət əməli törətdiyini etiraf edib. Məhkəmə heyəti Perezə sadəcə, 6 ay müddətinə həbs cəzası verib.(Kuryoz.com)

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …