Pensioner özünə robot at düzəltdi - VİDEO

Pensioner özünə robot at düzəltdi: Siz hələ onun yeriməyinə bir baxın! (Video)

Deyirlər çarəsizlik hər zaman insanları yeni ideyalara və yeni kəşflərə aparıb çıxarır.

60 yaşlı çinli pensioner Su Daoçenq də ayağını yerdən götürəcək vasitəni özü hazırlamağa qərar verib. At  saxlamağa yeri yoxdur, avtomobil almağa pulu çatmır.

Belə olan halda  hər zaman qonşularını maraqlı əl işləri ilə təəccübləndirən pensioner özünə robot at düzəltməyə qərar verib. Robot at benzinlə işləyir və iki təkər vasitəsilə hərəkət edir. Ağırlığı 250 kq, hündürlüyü 1,5 metr, uzunluğu 2 metrə bərabərdir. Əsasən təkərlər üzərində hərəkət edən robot atın iki qabaq ayağı sadəcə formal xarakter daşyır. Oturacaq mühərrikin üzərində quraşdırılıb, aparat yüyənə bənzər sükan vasitəsilə iradə edilir. Robot atın videogörüntüləri bütün dünyada maraqla qarşılanıb. (Kuryoz.com)

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …