Yunanıstan türk əsgərlərini geri qaytarmaqdan imtina etdi, münasibətlər gərginləşdi (Video)

Yunanıstan türk əsgərlərini geri qaytarmaqdan imtina etdi, münasibətlər gərginləşdi (Video)

Afina Apellasiya məhkəməsi çevriliş cəhdindən sonra Yunanıstana qaçan əsgərləri 3-cü dəfə Türkiyəyə təslim etməkdən imtina edib.

Kuryoz.com xəbər verir ki, 15 iyul çevriliş cəhdində iştirak edən əsgərlər uğursuz çevriliş cəhdindən sonra Yunanıstana qaçıb. Daha əvvəl də Türkiyə tərəfi əsgərlərin geri verilməsini tələb etsə də, Yunanıstan bununla razılaşmayıb.

Yunanıstan tərəfi əsgərlərin sığınacaq tələbini də qəbul etməyib.

Yunanıstanın ədliyyə naziri Stavros Kondonis bildirib ki, əgər Türkiyə tərəfi 8 əsgərin çevriliş cəhdində iştirak etdiyini sübut etsə, məhkəmə prosesi Yunanıstanda da keçirilə bilər.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …