İnanılmaz dəyişim: Küçədə dilənən narkoman uğurlu iş adamına çevrildi (Fotolar)

İnanılmaz dəyişim: Küçədə dilənən narkoman uğurlu iş adamına çevrildi (Fotolar)

İnsanın iradəsi olsa, dağları-daşları dələr. Amerikalı Patrik Hinqa ilə dostu Vanja Muauranın birlikdə keçdikləri narkomaniya ilə mübarizə yolu bu dediklərimizin sübutudur.

Patrik illər boyu narkotiklərə aludəçiliyinə görə problemlər yaşayıb. Düşkünlüyü artıq o dərəcəyə çatmışdı ki, özünü həyatın tam dibində, bataqlıqda hiss edirdi. Dəfələrlə narkodispanserlərə müalicə üçün üz tutsa da, hər dəfə ordan qaçmış, qaçmaqla da quirtarmamış, dispanserlərdə alışdığı yeni növ dərmanların da qurbanına çevrilmişdi.  Narkotik  maddə tapmaq üçün oğurluq edir, küçələrdə yatırdı. Hər kəs onu dəli hesab edirdi.  O isə dəli deyil, narkoman olduğunu, bu bəla ilə mübarizə edə bilmədiyini dərk edirdi.

İnanılmaz dəyişim: Küçədə dilənən narkoman uğurlu iş adamına çevrildi (Fotolar)

Bir gün məktəb yoldaşı və uşaqlıq dostu Vanjanı görüncə isə həyatı tamamilə dəyişməyə başladı. Vanja uzun illər sonra onunla insan kimi davranan, söhbət edən ilk qadın idi. Patrik dəyişmək istədiyini, lakin bacarmadığını dilə gətirdi. Vanja onu reabilitasiya mərrkəzinə yerləşdirdi və bütün müalicə xərclərini üzərinə götürdü. O dostunun işləyə bilməsi üçün onu “Hinga’s Store” adlı  mağazada işə də düzəltdi və daha sonra Patrikin öz işini qurmasına yardım etdi. İndi Patrik uğurlu iş adamı kimi tanınır və hörmət qazanmağa başlayıb.

İnanılmaz dəyişim: Küçədə dilənən narkoman uğurlu iş adamına çevrildi (Fotolar)

Bu hekayədə sevgi yoxdur, sadəcə minnətsiz, insanca bir davranış var, dostluq var. Bu gün Patrik Vanjaya çox minnətdar olduğunu və narkomaniya bataqlığına dönməmək üçün hər gün Tanrıya dua etdiyini bildirir.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …