Dünyanın müxtəlif ölkələrində otellərin göstərdiyi 9 maraqlı xidmət (Fotolar)

Dünyanın bir çox ölkələrində müştərilərinə xidmət göstərmək üçün fərqlənmək istəyən və daha çox müştəri cəlb etmək istəyən otellər maraqlı ideyalara əl atırlar. Kuryoz.com dünya ölkələrinin otellərində göstərilən 9  kreativ xidmət barəsində məlumatı təqdim edir.

Günəşli Mayamidə  otellərdən biri qaralmaq istəyən müştərilərə günəş kremi çəkən xüsusi işçilər təklif edir: Yaraşıqlı oğlan və qızar.

Dünyanın müxtəlif ölkələrində otellərin göstərdiyi 9 maraqlı xidmət

İtaliyada yerləşən otellərdən biri cəmiyyətin smartfonlara olan doyumsuz eşqindən istifadə edərək müştəri cəlb etməyə qərar verib. Otel müştərilərinə pulsuz smartfonlar təqdim edir. Oteldə qonaq olduğu müddətdə müştərilər smartfonları özləri ilə istədiklrəi yerə apara bilərlər.

Kaliforniyada yerləşən otel isə müasir texnologiyalarla diqqət çəkmək istəyib. Otelin qonaqlarına tualet kağızını robot təqdim edir.

İlin soyuq fəsillərində soyuq yatağa uzanmaq bir çoxlarının xoşuna gəlmir. İsveçrədə fəaliyyət göstərən otellərdən biri qonaqlarına yatağa isitmək xidməti göstərir. Hidrokostyum geymiş şəxs qonağın yatağına uzanıb yatağı qızdırdıqdan sonra müştəri isti yatağa uzanır.

Yaponiyada açılmış otellərdən birində isə xidmətçi personal yoxdur. Oteldə müştərilərin qeydiyyatından tutmuş yemək servisinə qədər hər şey robotlar tərəfindən həyata keşirilir. Bütün robotlara isə otel sahibi özü nəzarət edir.

Almaniya otellərində isə xoruldayan müştərilərin digərlərini narahat etməməsi üçün səs izolyasiyalı divarlara malik xüsusi otaqlar var. Müştərilərdən xoruldayıb-xoruldamamsı soruşulur və belə nömrələr təklif edilir.

Dünyanın müxtəlif ölkələrində otellərin göstərdiyi 9 maraqlı xidmət

Bəzi otellərdə isə xanımların makiyalarını təmizləməsi üçün xüsusi məhrəbalar qoyulur. Otel müştərilərinin çoxunun makiyajdan istifadə edən gözəl qadınlar olması bu xidmətin yaranmasına səbəb olub. Əslində kim bilir, bəlkə də otel işçiləri ağ dəsmalların üzərindən qırmızı pomada izlərini silməkdən yorulublar.

Dünyanın müxtəlif ölkələrində otellərin göstərdiyi 9 maraqlı xidmət

Otaq yoldaşının yuxusuna mane olmamaq üçün yalnız yarıişıqlı gecə lampaları qoyulub. İşıqla kiməsə mane olmadan sabaha qədər kitab oxuya bilərsiniz.

London mehmanxanalarında məşhurlaşan bir xidmət isə yata bilməyənlər üçündür. Yuxunuz gəlmirsə, sizə nağıl oxuyacaq şəxsi nömrənizə dəvət edə bilərsiniz.

İlhamə / Kuryox.com

Загрузка...

Buna da bax...

İIlk baxışdan adi dəri gödəkçədir, amma siz ona yaxından baxın. Əsəbi zəif olanlar baxmasınlar! (Fotolar)

İlk baxışdan bunlar adi dəri geyim növləridir. Amma yaxından baxdığınız zaman ilk təəssüratınız şokdan ibarət …