Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib.

Kuryoz.com xəbər verir ki, öz ölümü haqqında 63 yaşlı Konstantin Reliu 26 illik ayrılıqdan sonra Rumuniyaya qayıtdıqda xəbər tutub. Belə ki, Reliu yaşamaq üçün Türkiyəyə gedib və vətəndə qalan ailəsi ilə əlaqəni itirib. Onun Rumuniyadakı həyat yoldaşı fikirləşib ki, əri ölüb və ölüm haqqında rəsmi sənəd alıb. Bundan 2 il sonra 2018-ci ildə Türkiyə hakimiyyət orqanları sənədlərin vaxtının keçməsi ilə əlaqədar olaraq Reliunu ölkədən deportasiya ediblər.

Rumuniyaya qayıdan Reliu özünün ölmüş hesab edildiyini öyrənib. O deyir ki, mən rəsmən öldüyüm üçün işləyib əmək haqqı ala bilmirəm. Ümümiyyətlə, heç bir iş görə bilmirəm.

Vaslui şəhəri məhkəməsi Konstantin Reliunun ölmədiyini sübut etmək üçün verdiyi iddianı rədd edib. İddianın məhkəmə tərəfindən rədd edilməsinə səbəb kimi apellyasiya müddətinin keçməsi göstərilib.

Загрузка...

Buna da bax...

Metroda baş vermiş dəhşətli terror partlayışının görüntüləri yayıldı (Fotolar / Video)

Londonda baş verən partlayışın dəhşətli görüntüləri yayılıb. Kuryoz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçən …