Donuz bütün universiteti ayağa qaldırdı (Video)

Türkiyədə Uludağ universitinin Görüklə düşərgəsində donuz şoku yaşanıb.

Donuz düşərgədə gəzməyə başlayıb. Bunu görən tələbələr çox təəccüblənib və bu hadisəni telefonla çəkməyə başlayıblar. Daha sonra işçilər və tələbələr donuzu meşəlik əraziyə qovublar.

Kuryoz.com xəbər verir ki, universitetin bütün işçiləri və tələbələri donuz təhlükəsinə qarşı xəbərdar edilib.

Universitetin təhlükəsizlik işçiləri meşəlik ərazidə maşınlarla gəzərək donuzun tələbələrə zərər verməsinə qarşı tədbirlər görüblər.

Məlumata əsasən düşərgədə marallar üçün xüsusi ərazi də var.

Загрузка...

Buna da bax...

Öldüyünü 2 il sonra öyrəndi, indi diri olduğunu sübut edə bilmir (Video)

Səhvən ölmüş hesab edilən rumuniyalı yaşadığını məhkəməyə sübut edə bilməyib. Kuryoz.com xəbər verir ki, öz …